-
- 11-04-2019, 11:51
- 1 107
"Əmini söy", "Barmağını silkələ", "Onu qorxut" - MÖVZU
Qəribə “adət”imiz var – körpələrimizə söyüş, barmaq silkələmək kimi yalnış hərəkətlər öyrətmək...
Bu cür arzuolunmaz hala istənilən ailələrdə rast gəlmək mümkündür. Körpə uşaq yenicə dil açmağa başlayanda əylənmək üçün ona söyüş öyrədilir: “əmini söy", "dayını söy", "bibiyə barmaq silkələ”, "xalanı qorxut" kimi istəklər üzərinə körpə də başlayır dili topuq vura-vura alababat nəsə deməyə, barmaq sallamağa və s. Beləcə, böyüklər əylənir, uşaq isə zamanla bunu adət halına çevirərək, o yöndə püxtələşməyə doğru gedir. Bir gün isə baxırsan ki, artıq o cür uşaqda xoşagəlməz fəsadlar var – məsələn, daha çox aqressiya, dava-dalaşa meyllilik, təhsilə laqeydlik və s.
Uşağın yuxarıda sadaladığımız keyfiyyətdə böyüməsinə səbəb təkcə mövzumuzun qayəsi olmaya bilər. Amma o cür halların da da təsir etməsi danılmazdır.
Əylənmək, gülmək xatirinə uşağı körpəlikdən yalnış yetişdirmək arzuolunmaz haldır. Çünki bu, birbaşa uşağın tərbiyəsinə mənfi təsir edir. Buna görə də onlara xüsusi həssaslıqla yanaşmalı, elə körpəliyindən də müsbət keyfiyyətlər aşılamaq lazımdır.
Toxunduğumuz mövzu ilə bağlı psixoloq Rəvan Soltan belə şərh verib:
"Əgər aqressiv davranış, neqativ düşüncə, sərt reaksiya, tərbiyəsiz sözlər (söyüşlər) və davranışlar və s. kimi xoşagəlməz keyfiyyətlər uşağın "baza biliyi" olacaqsa, onun bundan sonra qəbullandığı bütün indormasiyaları da bu "filtrdən süzərək" hər şeyi analoji hal kimi qəbullanacaq. Nəticədə isə uşağın düşüncəsi ilə bərabər davranışı da qəbul olunmaz, keyfiyyətsiz və gərəksiz olacaqdır ki, bu da şəxsin kütlə olaraq cəmiyyət üzrə faydasız və zərərli hissəsinə çevrilərək yararsız orqanizm misalını əks etdirəcəkdir. İnsan isə özünü yararsız hiss etdiyi istənilən yerdə dayanmaq və yaşamaq istəməz. Həmin yer bu həyat olacaqsa, insan artıq bu həyatdan uzaqlaşmaq istəyəcək ki, bu da bildiyimiz suisid halıdır. Gördüyünüz kimi adi "baza biliyin" keyfiyyətli olması nə dərəcədə vacib bir nüansdır. Sözü gedən nüans nə qədər xaotik, ədəbsiz, faydasız və zərərli olarsa, həmin şəxsin həyatı da analoji hal almış olacaqdır. Bu səbəbdən övladlarımızın həyatını zəmanətli şəkildə faydalı və keyfiyyətli qurmaq üçün məhz körpəlik yaşlarından işləməmiz əsas şərtdir. Nəticədə sözü gedən mövzu üzrə valideyn və cəmiyyətin rolu çox böyükdür".
Mövzumuza yazıçı-jurnalist Varis də özünəməxsus şəkildə fikirlərini bildirib:
“Dünyanın çox ölkəsində olmuşam. Hər yerdə valideyinlərin başqalarının diqqətinə öz övladlarının uğurlarını, müsbət xüsusiyyətlərini yönəltdiklərinin şahidi olmuşam. Əlbəttə ki, valideyin üçün övladının hər hansı bir üstün cəhəti qürur mənbəyidir. Xüsusən kiçik yaşlı uşaqların müsbət xüsusiyyətlərini qabardanda bu, onların daim müsbət işlərə yönəlmələrinə də bir stimul olur. Mən, düzü heç yerdə görməmişəm ki, bizdəki kimi ata 2-3 yaşlı oğlunun biədəb söyüş söyməsini gələn qonaqlara fərəhlə nümayiş etdirə. Uşaqlar üçün lap körpəlikdən tabu qoyulan hərəkətlər müəyyənləşir, onlar böyüyəndə nəyin pis, nəyin yaxşı olduğunu rahatca qavraya bilirlər. Təsəvvür edin ki, 2-3 yaşında biədəb söyüşlər öyrənib hər evə gələn üçün bu söyüşləri nümayiş etdirən uşağın gələcəyi necə olacaq. O uşaq sadəcə tərbiyəsiz birinə çevriləcək. Azərbaycanlı valideyinlər, analoqu olmayan bu tərbiyə metodunuzdan uzaq qaçın, övladlarınızı yazıq etməyin. Onlara əcnəbi dillər öyrədin, şeirlər əzbərlədin, rəsm çəkmək, musiqi alətlərində ifa eləmək öyrədin. Tarixi hadisələrin xronologiyasını, ölkələrin paytaxtlatını öyrədin. Qoy onlar şahmat oynasınlar, rəqs eləsinlər, akrobatik hərəkətlərlə hamını heyrətləndirsinlər. Gələn qonaqlara da fəxrlə uşağınızın bu qabiliyyətlərini nümayiş etdirin. Yoxsa ki, - qaqaş, əmiyə söy, - oğlum, bibiyə söy,- atam, xalaya ayıb yerini göstər deyib özünüzü rəzil günə salmayın”!
Düşünürəm ki, bu yazı yəqin uşağına düzgün tərbiyə verməyin yolunu bilməyən, uşağının gələcəyini tam düşünmək iqtidarında olmayan kimi valideyinlərdə düzgün tərbiyə metodu aşılayaraq, müsbət yöndə öz təsirini göstərəcək.
Uşaqlarınızı bütün mənfilərdən qoruyun əziz valideyinlər! Qoruyun ki, onlar da gələcəkdə sizə, vətənimizə layiqli şəkildə xeyirli övlad-vətəndaş olaraq böyüsünlər!
Azər NƏSİBOV