Yasamalda evdən 21 min manatlıq oğurluq edən qadın saxlanılıb
    • 31-12-2023, 11:58
    • 221

Yasamalda evdən 21 min manatlıq oğurluq edən qadın saxlanılıb

Dekabrın 30-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.