Bakıda evdən 34 min manatlıq qızıl oğurlandı
    • 7-08-2023, 12:07
    • 153

Bakıda evdən 34 min manatlıq qızıl oğurlandı

Bakıda mənzildən 34 300 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.