İraqın şimalında iki terrorçu zərərsizləşdirilib
    • 31-12-2023, 16:30
    • 164

İraqın şimalında iki terrorçu zərərsizləşdirilib

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın iki terrorçusu zərərsizləşdirilib.

News24.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK terror təşkilatına qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat bölgəsində müəyyən edilən PKK-nın iki terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – müdafiə qurumu diqqətə çatdırıb.