Bərdədə iki avtomobil toqquşub, ölən və yaralılar var
    • 1-01-2024, 22:37
    • 266

Bərdədə iki avtomobil toqquşub, ölən və yaralılar var


Bərdədə iki avtomobil toqquşub, ölən və yaralılar var.

News24.az “Report”a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Əyricə kəndi ərazisində baş verib.

Belə ki, “VAZ 2107” markalı avtomobillə “Ford Fusion” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü Eldəniz Məmmədov dünyasını dəyişib, daha iki nəfər yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.