Ağstafada 3 avtomobil toqquşub, ölən var
    • 14-12-2023, 09:41
    • 165

Ağstafada 3 avtomobil toqquşub, ölən var

Ağstafada 3 avtomobil toqquşub, ölən var.

News24.az xəbər verir ki, Tariyel İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa şəhəri ərazisində hərəkətdə olan zaman həmin yola çıxan Aqil Osmanovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

O, sonra qarşı hərəkət zolağına çıxaraq Qazax şəhəri istiqamətində hərəkətdə olan İslam Məmmədzadənin idarə etdiyi "Opel Astra" markalı avtomobillə toqquşub.

Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü xəsarət alıb, "Mercedes" markalı avtomobilin sürücüsü isə aldığı bədən xəsarətlərindan ölüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayat işi başlanılaraq istintaqı aparılır.