Özünü yandıran vəkilin qardaşı açıqlama verib
    • 1-01-2024, 23:37
    • 355

Özünü yandıran vəkilin qardaşı açıqlama verib


Vəkil Zaur Məmmədovun qardaşı onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.

News24.az APA-ya istinadla bildirir ki, Vəkillər kollegiyasının yanında özünü yandıraraq intihar edən Salyan vəkil bürosunun vəkili Zaur İsa oğlu Məmmədov Hacıqabul şəhər sakinidir. 36 yaşlı (1987-ci il təvəllüdlü) Z.Məmmədov subay olub. Ailənin kiçik övladı olan Zaur ailədə 2 qardaş bir bacıdılar. Hacıqabul şəhəri M.F.Axundov küçəsi, ev 78 ünvanında qeydiyyatda idi.

Qardaşı Seymur Məmmədov APA-ya bildirib: “Dünən atam onunla telefonla danışıb. Atam dedi ki, bayramdı gəl bir yerdə keçirək. Zaur da cavabında deyib ki, bu gün (31 dekabr) yox, sabah gələcəyəm. Yəni, bu gün onu gözləyirdik. Bu gün də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi”.

İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd etdi.