Azərbaycanda 38 yaşlı kişi ilə 53 yaşlı qadın intihar etdi
    • 14-03-2023, 14:36
    • 301

Azərbaycanda 38 yaşlı kişi ilə 53 yaşlı qadın intihar etdi

Yevlax rayonunda intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, martın 13-də saat 07 radələrində 1985-ci il təvəllüdlü Zaur Əhmədov özünü yaşadığı İnşaatçılar küçəsindəki evdə asıb. Onun meyitini səhər saatlarında yaxınları tapıb.

Dünən Sumqayıt şəhərində də intihar hadisəsi baş verib. Saat 11 radələrində 1970-ci il təvəllüdlü Gülarə Rəcəbova özünü yaşadığı 13-cü mikrorayondakı mənzildə zəhərləyib.

Xeyli miqdarda sirkə turşusu qəbul edən qadın hadisə yerində ölüb. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Taleh BAĞIROV