-
- 2-01-2024, 10:10
- 281
“Liverpul” Premyer Liqa rekorduna imza atıb
İngiltərənin “Liverpul” klubu Premyer Liqa rekorduna imza atıb.
News24.az “Report” la istinadla xəbər verir ki, “qırmızılar” ölkə çempionatının XX turunda “Nyukasl”la görüşdə yaratdığı qol vəziyyətinə görə bunu reallaşdırıb.
Rəqibi üzərində 4:2 hesablı qələbə qazanan “mersisaydlılar” 34 real qol şansı əldə edib. Araşdırmalara əsasən, Yurgen Kloppun yetirmələri bu baxımdan yeni rekord müəyyənləşdiriblər. Hətta komandanın aşağı məhsuldarlıq göstərdiyi düşünülür. Çünki bu qədər epizod yaradılan qarşılaşmada meydan sahibləri minimum 7 qol vurmalı idilər.
“Liverpul”un qalibiyyətinə dublla töhfə verən Məhəmməd Salah isə bu komandanın heyətində İngiltərə çempionatlarında qol sayını 151-ə çatdırıb. O, “qırmızılar”la bunu bacaran 5-ci oyunçudur.
Misirli forvard həm də eyni klubun heyətində Premyer Liqada 150 və daha çox qol vuran 5-ci futbolçu olub. Ona qədər Harri Keyn (“Tottenhem”), Serxio Aquero (“Mançester Siti”), Ueyn Runi (“Mançester Yunayted”) və Tyerri Anri (“Arsenal”) bunu bacarıblar.
Qeyd edək ki, “Liverpul” hazırda 45 xalla turnir cədvəlinə başçılıq edir.