Çempionlar Liqası: “Liverpul” və “Mançester Siti” yarımfinalda
    • 14-04-2022, 01:39
    • 550

Çempionlar Liqası: “Liverpul” və “Mançester Siti” yarımfinalda

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

İngiltərə təmsilçilərindən “Liverpul” ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı qəbul edib.

Oyun 3:3 hesablı bərabərliklə başa çatıb. “Liverpul” yarımfinala yüksəlib.
 
“Mançester Siti” isə Madriddə “Atletiko”nun qonağı olub. Matçda hesab açılmayıb.

İlk matçda minimalhesablı qələbə qazanan ingilislər yarımfinala yüksəliblər. /Oxu.az/