Premyer Liqa: "Liverpul" "Mançester "Yunayted"i darmadağın etdi
    • 20-04-2022, 01:41
    • 394

Premyer Liqa: "Liverpul" "Mançester "Yunayted"i darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində "Liverpul" "Mançester Yunayted"i qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Luis Dias (5-ci dəqiqə), Məhəmməd Salah (22, 85) və Sadio Mane (68) vurublar.

Qeyd edək ki, 32 oyun keçirən "Liverpul" 76 xalla turnir cədvəlində liderdir, 33 oyun keçirən "Mançester Yunayted" isə 54 xalla 6-cı yerdə qərarlaşıb.
/Trend.az/