Naxçıvanda yol qəzası zamanı üç nəfər xəsarət alıb
    • 2-01-2024, 20:42
    • 258

Naxçıvanda yol qəzası zamanı üç nəfər xəsarət alıb


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində Naxçıvan şəhər sakinləri - 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı, 1983-cü il təvəllüdlü Qurbanova Jale Qərib qızı və 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.