Azərbaycanda DƏHŞƏT: 4 TƏLƏBƏ QIZ...
    • 28-11-2023, 11:35
    • 818

Azərbaycanda DƏHŞƏT: 4 TƏLƏBƏ QIZ...

Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərlənib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Naxçıvanda təhsil alan və kirayədə qalan - 2004-cü il təvəllüdlü, Şərur rayon sakinləri - Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), 2006-cı il təvəllüdlü İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci) və 2006-cı il təvəllüdlü Həsənova Sədaqət Məmməd qızı dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.