Naxçıvanda yol qəzası: 4 nəfər xəsarət aldı
    • 17-07-2023, 20:45
    • 224

Naxçıvanda yol qəzası: 4 nəfər xəsarət aldı

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

News24.az​​​ xəbər verir ki, bu gün iki avtomobilin toqquşması nəticəsində Şahbuz rayon Ayrınc kənd sakinləri, 1989-cu il təvəllüdlü Rəcəbli Samir Cəmaləddin oğlu və 2004-cü il təvəllüdlü Məmmədov Əmrah habil oğlu, Şahbuz rayon sakini, 1961-ci il təvəllüdlü Ələkbərov Qənbər Əbülfəz oğlu və Babək rayon Güznüt kənd sakini, 1972-ci il təvəllüdlü Nəcəfov Qədir Tapdıq oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya, Təcili yardım və cərrahiyə şöbələrinə yerləsidirliblər.

Faktla bağlı araşdırma aparılır.