Bu istiqamətdə əlavə reyslər ayrıldı
    • 3-01-2024, 15:16
    • 177

Bu istiqamətdə əlavə reyslər ayrıldı

Bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilir ki, bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət ekspres sürət qatarı əlavə reysə cəlb edib. Belə ki, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək. 

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək.