Hava şəraiti ilə bağlı mühüm məlumat
    • 6-01-2024, 12:01
    • 479

Hava şəraiti ilə bağlı mühüm məlumat

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 6-sı saat 9:00-a olan məlumatına əsasən, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

News24.az xəbər verir ki, Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, bəzi yerlərdə arabir 31 m/s, Daşkəsəndə 23 m/s, Altıağac, Göyçayda 21 m/s, Göygöldə 20 m/s, Goranboyda 19 m/s, Şəmkir, Şamaxı, Yevlax, Şabran, Naftalan, Tərtər, Mingəçevir, Ağdamda 18 m/s, Lerikdə 17 m/s, Yardımlı, Bərdədə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Qar örtüyünün hündürlüyü: Lerikdə 7 sm, Ordubadda 4 sm, Sarıbaş (Qax), Şahdağda 2 sm, Əlibəydə (Zaqatala) 1 sm olub.