“Həkim deyir ki, ziyandır, amma mən...” - FOTO
    • 6-01-2024, 16:15
    • 748

“Həkim deyir ki, ziyandır, amma mən...” - FOTO

“Səhər-səhər ac qarına, Xəngəl başına dolanım, Alıb ələ çəngəl-yaba, Xəngəl başına dolanım. Harada xəngəl varsa Telli oradadır. Xəngəlin eşqinə sözlər qoşub, saz çalıram. Məni cuşa gətirən də, enerjili edən də xəngəldir. Özüm hazırlayıram, özüm də yeyirəm. Təkcə oxuyub, oynaya bilmirəm, xəngəl də bişirə bilirəm (gülür). Şükür Allaha dəfələrlə efirlərdə hazırlamışam, bu bacarığımdan hamının xəbəri var. 10-12 dəqiqəyə hazırlanır. Adam var ki, gözləyə bilmir, tez yemək istəyir, hazırlanmasına 7-8 dəqiqə də bəs edir. Ac olanda 20 dənə də xəngəl yeyərəm. Mərcə girsəm 30-40 dənə də yeyərəm”.

News24.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib. O daha sonra əlavə edib.

Aşıq xəngəlin ziyanı haqda heç nə bilmir.

“Həkim deyir ki, xəngəl ziyandır. Desin də, mən yeyirəm, bunun mənə aidiyyatı yoxdur (gülür). Yeməsəm mənə ziyanı olar. Yaşaya bilmərəm. Qış ayıdır, əsl xəngəlin havasıdır. Düzdü, çəkim artır, amma heç bir kompleksim də yoxdur. Pəhriz saxlaya bilmirəm. Bəzən özümə söz verirəm ki, bu gün yeməyəcəm. Xəngəldən danışırlar, gedib yeyirəm. Könlümə düşsə mütləq yeyəcəm. Xəngəli çox yediyim üçün arıqlaya bilmirəm. Bunu özümə dərd də etmirəm” deyə aşıq bildirib.