İmamoğlunun rəqibi kim olacaq? Ərdoğan təsdiqlədi
    • 7-01-2024, 16:45
    • 162

İmamoğlunun rəqibi kim olacaq? Ərdoğan təsdiqlədi

Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədin deputat, sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurumun olacağı iddia edilir.

News24.az xəbər verir ki, bu barədə  “Star”  məlumat yayıb.

Artıq Kurumun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən məlumatlandırıldığı da irəli sürülüb.

Qeyd edək ki, İstanbul da daxil olmaqla, AKP-MHP ittifaqının Türkiyənin 12 böyükşəhər və 16 il bələdiyyə başqanlığına namizədlərini Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün açıqlayacağı gözlənilir.

Ayşən