Ukraynalılar sığınacaqlara qaçdılar - FOTOlar
    • Bu gün, 12:20
    • 89

Ukraynalılar sığınacaqlara qaçdılar - FOTOlar

Rusiya növbəti dəfə Ukraynanın enerji infrastrukturunu hədəfə alıb.

News24.az xəbər verir ki, Ukraynanın energetika naziri German Qaluşenko Rusiya ordusunun ölkə daxilində enerji infrastrukturuna qarşı intensiv hücumlara keçdiyini açıqlayıb.

Nazir Qaluşenko sosial media hesabındakı paylaşımında hücumlar səbəbindən ölkə daxilində elektrik enerjisinin kəsildiyini bildirib.

Qaluşenko öz yazısında bildirib ki, "energetika (infrastruktur) yenidən düşmən tərəfindən böyük hücuma məruz qalıb. Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar var".

Hərbi Hava Qüvvələri paytaxt Kiyev, şimal-şərqdəki Xarkov və Qara dəniz liman şəhəri Odessa da daxil olmaqla, ölkənin müxtəlif şəhərlərinə bir sıra Rusiya qanadlı raketləri və hücum təyyarələrini göndərdiyini bildirib.

Milli elektrik şəbəkəsi operatoru Ukrenergo, temperaturun təxminən 0 dərəcə Selsiyə düşdüyü üçün "təcili elektrik kəsilməsinə başladığını" açıqlayıb.

Nazir Qaluşenko bildirib ki, hücumların nəticələri "təhlükəsizlik vəziyyəti imkan verənkimi" müəyyən olunacaq.

Qeyd edək ki, vətəndaşlar sığınacaqlarda qalmağa çağırılıb.

Günel Məlikzadə