Samux və Xızı rayonlarına prokuror təyin olunub
    • 7-01-2024, 20:18
    • 276

Samux və Xızı rayonlarına prokuror təyin olunub


Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib

Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.