Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokurorlar TƏYİN EDİLDİ
    • 30-06-2020, 14:33
    • 536

Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokurorlar TƏYİN EDİLDİ

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub. 

Bundan başqa Fuad Məmmədova Şirvan şəhərinin prokuroru vəzifəsinin icrası, Müqəddəs Sultanova isə Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası həvalə edilib. /APA/