Bakıda evdən meyit tapıldı
    • 8-01-2024, 11:47
    • 134

Bakıda evdən meyit tapıldı

Bakıda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.