Yaşayış binası UÇDU: ÖLƏN VƏ YARALANANLAR VAR
    • 8-01-2024, 13:39
    • 514

Yaşayış binası UÇDU: ÖLƏN VƏ YARALANANLAR VAR

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.

News24.az apa-ya istinadla xəbər verir ki, bu barədə yerli "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.