-
- 8-01-2024, 14:23
- 187
Seçicilər "ASAN xidmət"də adlarının siyahılarda olmasını yoxlaya biləcək
“ASAN xidmət” mərkəzlərində seçicilərə "ASAN növbə" cihazları vasitəsilə adlarını seçici siyahılarında yoxlamaq üçün imkan yaradılıb.
News24.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Rövzət Qasımov bildirib.
Rövzət Qasımov deyib ki, MSK hər zaman İKT-nin mütərəqqi imkanlarından bəhrələnməyə çalışır: “İnanırıq ki, "ASAN xidmət" mərkəzləri seçicilərin istənilən vaxt yaxınlaşıb öz şəxsi məlumatlarını yoxlamaq üçün bir məkana çevriləcək. Seçilər həm də ənənəvi olaraq dairə və məntəqə seçki komissiyalarına baş çəkməklə, MSK-nın qaynar xəttinə müraciət etməklə, MSK-nın internet saytına adlarının seçici siyahısında olmasını yoxlaya bilər. Amma gündə 40 min insanın xidmətlərindən istfiadə etdiyi “ASAN xidmət” mərkəzləri daha geniş imkanlar yaradır”.