Məməlilərin ən qədim qohumu tapılıb
    • Bu gün, 21:02
    • 108

Məməlilərin ən qədim qohumu tapılıb

Beynəlxalq tədqiqatçılar qrupu indiki İspaniya ərazisində 270-280 milyon il əvvəl yaşamış heyvan fosilini tamamlayıb.

Alimlər bunun məməlilərin ən qədim qohumu olduğunu müəyyən ediblər. Məxluq Perm dövründə planetdə məskunlaşmış nəsli kəsilmiş yırtıcılar qrupu olan gorgonops kimi müəyyən edilib.

News24.az baku ws-a istinadən xəbər verir ki, o, 50 milyon il sonra ilk məməlilərin yaranmasına səbəb olan təkamül xəttinə aid idi.

Gorgonopslar müasir məməlilər kimi isti qanlı idilər, lakin yumurta qoyurdular. Onlar qılınc formalı dişlərə sahib olan ilk heyvanlar idi.

Xarici olaraq, Gorgonops itlərə bənzəyirdi, lakin çıxıntılı qulaqları və qalın kürkləri olmayıb.