Diqqət: “ASAN xidmət” bu tarixlərdə işləməyəcək
    • 20-05-2020, 17:02
    • 784

Diqqət: “ASAN xidmət” bu tarixlərdə işləməyəcək

Ramazan bayramı və 28 May – Respublika Günü ilə əlaqədar 24-30 may tarixlərində “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. 

News24.az xəbər verir ki, bu barədə "ASAN xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev məlumat verib.

O qeyd edib ki, 31 may tarixindən etibarən vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN Kommunal” mərkəzlərində isə bazar günü qeyri-iş günüdür.