-
- 8-01-2024, 18:29
- 216
Prezidentliyə namizəd olmaq istəyənlər üçün müddət bitdi
Prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb.
News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.
Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edib.
Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
MSK hazırki ana qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.