Putin boksçu ona Rusiya vətəndaşlığı verdi - FOTO
    • 9-01-2024, 13:00
    • 127

Putin boksçu ona Rusiya vətəndaşlığı verdi - FOTO

Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Consona Rusiya vətəndaşlığı verib. 

News24.az xəbər verir ki, müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Qeyd edək ki,  Conson Kevin Blu 7 sentyabr 1979-cu ildə  Amerika Birləşmiş Ştatlarında anadan olub”.

O, 2023-cü ilin martında Conson Rusiya vətəndaşlığını almaq xahişi ilə Putinə müraciət edib.

Boksçunun 44 yaşı var, o, 60 dəfə peşəkar rinqdə çıxış edib və 36 qələbə qazanıb (20-ni nokautla).

Nəzrin