-
- 4-01-2024, 15:45
- 430
Putindən MÜHÜM FƏRMAN - Bu şəxslərə Rusiya vətəndaşlığı VERİLƏCƏK
Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət keçmiş əcnəbilər Rusiya vətəndaşlığı ala biləcək.
News24.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
“Xüsusi hərbi əməliyyatlar zamanı Rusiya Silahlı Qüvvələrində və ya hərbi hissələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbi vətəndaşlar Rusiya vətəndaşlığı üçün müraciət edə bilərlər”, - deyə fərmanda deyilir.
Xüsusi hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrdə xidmət etmiş və ya həmin müddətdə tərxis olunmuş əcnəbilər də Rusiya pasportu ala biləcəklər. Xarici vətəndaşlığı olan hərbi qulluqçuların ailə üzvləri də eyni hüquqa malik olacaqlar.
Qumral