-
- 9-01-2024, 15:59
- 189
Bakı ilə İrəvan münasibətləri müzakirə edilib - VİDEO
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
R TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Görüşdə Ermənistan və Azərbaycan, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.
Aslan Nadiroğlu