Ərdoğan 9-cu dəfə baba oldu
    • 9-01-2024, 16:32
    • 195

Ərdoğan 9-cu dəfə baba oldu

Prezident Rəcəb Tayyib Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib.

News24.az xəbər verir ki, Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.

Prezident Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib. Burada nəvəsi və qızının sağlamlıq durumu ilə bağlı məlumat alan Ərdoğan nəvəsinin qulağına onun adını oxuyub. Körpəyə Asım Özdemir adının qoyulduğu öyrənilib. Prezident Ərdoğanı xəstəxanaya səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edib.

Nəzrin