Ərdoğanın yeddinci nəvəsi dünyaya gəldi
    • 20-08-2018, 10:51
    • 808

Ərdoğanın yeddinci nəvəsi dünyaya gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeddinci nəvəsi dünyaya gəlib.

News24.az-ın xəbərinə görə, Bilal Ərdoğanın iki oğul övladından sonra qız övladı dünyaya göz açıb.

Ərdoğanlar ailəsi yeni nəvəyə Fatima Serra adı veriblər. Dövlət başçısı dünən nəvəsini görmək üçün gec saatlarda prezident korteji ilə xəsətəxanaya üz tutub.

Qeyd edək ki, Serra sözünün mənası bolluq bərəkət deməkdir və bu adı körpəyə baba Ərdoğan verib.