Əməkdar artistin səhhəti pisləşdi - SON DƏQİQƏ
    • 9-01-2024, 17:14
    • 897

Əməkdar artistin səhhəti pisləşdi - SON DƏQİQƏ

Əməkdar artist, rejissor Sərvər Əliyevin səhhəti pisləşib.

News24.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. 

Həkimlər rejissorun təcili şəkildə açıq ürək əməliyyatı olunmasını istəyib:

"Özümü pis hiss edirəm. Mərkəzi Klinik Xəstəxanadayam. Müayinə olundum. Həkimlər təcili açıq ürək əməliyyatı olunmağımı tövsiyyə etdilər".

Qeyd edək ki, bir neçə il əvvəl Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyevin ürəyində problem yaranıb. Rejissorun ürəyinə ayrı-ayrı illərdə 3 dəfə stend qoyulub.