Açıq ürək əməliyyatı keçirən aktyorun son durumu AÇIQLANDI
    • 16-01-2023, 13:50
    • 428

Açıq ürək əməliyyatı keçirən aktyorun son durumu AÇIQLANDI

Əməkdar artist Vahid Əliyev sabah xəstəxanadan evə buraxılacaq.

News24.az xəbər verir ki, bunu aktyorun həyat yoldaşı Tamilla Əliyeva deyib.

“Əməliyyatı uğurlu keçib, hazırda Mərkəzi Klinik Xəstəxanadadır, müalicəsi davam edir, səhhətində problem yoxdur. Sabah, inşallah, xəstəxanadan evə buraxılması gözlənilir”, – o vurğulayıb.

Qeyd edək ki, Vahid Əliyev ötən il dekabrın 24-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə gün öncə açıq ürək əməliyyatı keçirib./apa.az