Türkiyədə məşhur serialın yayımı DAYANDIRILDI
    • 9-01-2024, 19:30
    • 240

Türkiyədə məşhur serialın yayımı DAYANDIRILDI

Son günlər Türkiyədə geniş müzakirələrə səbəb olan "Kızıl Goncalar" serialının yayımı dayandırılıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, serialın ötən günkü bölümünün yayımı qadağan edilib.

Türkiyə televiziya və radio şurasının ekran işinə tətbiq etdiyi yayım qadağası məhkəmə tərəfindən də təsdiqlənib.

Məsələ ilə bağlı serialın baş prodüseri Faruk Turgut açıqlama verib.

Kızıl Goncalar'ın yeni bölümü RTÜK'ün yayın durdurma cezası nedeniyle  yayınlanmayacak - Medyascope

Qeyd edək ki, "Kızıl Goncalar" serialı yayımlandığı ilk gündən qalmaqala səbəb olub. Seriala 9 milyon lirə cərimə tətbiq edilib. Son olaraq serialın yayımı qadağan edildi. Serialın qadağan olunmasının səbəbi isə "Fani" adlı təriqətin iç üzününün cəmiyyətə nümayiş etdirilməsi olub.

Onu da bildirək ki, serialın baş rollarını müğəni-aktyor Özcan Deniz və məşhur aktrisa Özgü Namal ifa edirdi.