Dünya birjalarında neft ucuzlaşdı
    • 27-07-2024, 18:24
    • 275

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,24 dollar azalaraq 81,13 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,12 dollar azalaraq 77,16 dollar təşkil edib.