Bakıda yol qəzası olub, xəsarət alan var
    • 10-01-2024, 07:26
    • 147

Bakıda yol qəzası olub, xəsarət alan var


Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 1968-ci il təvəllüdlü Rzayev Vuqar Urfan oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.