Göyçədə hərbi komissarlığa hücum edildi
    • 10-01-2024, 20:00
    • 158

Göyçədə hərbi komissarlığa hücum edildi

Ermənistanın Göyçə mahalında yerləşən hərbi komissarlıqda insident baş verib.

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Qagik Şamşyan məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 5-i axşam saat 17:00 radələrində 37 yaşlı Husik Sərkisyan Göyçə hərbi komissarlığına gələrək, 2021-ci ildə keçdiyi təlimlər zamanı ona təhkim edilən avtomatı istəyib. Lakin tələbi rədd edildikdən sonra komissarlıq ofisində iş masasını, kompüterin monitorunu sındırıb. Daha sonra orada olan N.Xaçatryan adlı şəxsə hücum edib və ona ciddi xəsarət yetirib.

Zərərçəkmiş Ermənistan Daxili İşlər Nazirliyinə zəng edərək hadisə ilə bağlı məlumat verib. Komissarlığa gələn polis H.Sərkisyanın üzərində axtarış aparıb, nəticədə bir kağız və yaşıl maddə aşkar edilib. O, həmin əşyaların özünə aid olduğunu, evinin həyətində həmin maddənin bitkisini əkib-becədiyini bildirib.

H.Sərkisyan Göyçə Polis İdarəsindən Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizonuna təqdim edilib.