Canavar Qax sakinlərinə xəsarət yetirib - FOTO
    • 23-02-2023, 23:12
    • 219

Canavar Qax sakinlərinə xəsarət yetirib - FOTO

Qaxda canavar kənd sakinlərinə hücum edərək xəsarət yetirib.

Hadisə axşam saat 19 radələrində rayonunun Ləkit kəndinin mərkəzində Ləkit kənd tam orta məktəbinin qarşısında baş verib.

Ərizidə olan canavar kənd sakini 74 yaşlı Qəhraman Məcid oğlu Rəhimova hucum edərək onun hər iki əlinə və sol ayağın bud nahiyəsinə xəsarət yetirib. Daha sonra canavar hadisə baş verən yerdən 100 metr məsafədə olan dayanacaqda olan digər kənd sakini 60 yaşlı Hacı Əsədullah oğlu Hacıyevə hucum edib. Canavar Hacı Hacıyevin ayağına xəsarət yetirib. Lakin Hacı Hacıyev köməyə gələn digər kənd sakinlərinin köməkliyi ilə canavarı boğaraq öldürüb. Canavarın hucumuna məruz qalan hər iki şəxsə Qax Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. /APA/