-
- 10-01-2024, 20:13
- 276
Yeməyini əlavə duzlayanlarda xora və xərçəng yaranır
Xörəyə bişirilərkən əlavə edilən duz yetərlidir, süfrədə yenidən duz səpənlər özləri də bilmədən sağlamlığını təhlükəyə atır.
News24.az “Medicina”a istinadla xəbər verir ki, endokrinoloq Nataliya Novikova sutkada 1 çay qaşığından artıq duz qəbul etməyin acı nəticəsini açıqlayıb:
“Normada böyük insan sutkada 5 qramdan artıq xörək duzu qəbul etməməlidir. Duz isə hər bir qidada var.
Çox miqdarda duz ödem, təzyiq, mədə xorasına səbəb olur. Mədə xorası isə gələcəkdə xərçəngə çevrilə bilir.
Xüsusən süfrədə əlavə olaraq yeməyə, salata duz səpənlərdə mədə-bağırsağın onkoloji xəstəlikləri yarana bilər.
İnsan özünü getdikcə daha az duza öyrəşdirməlidir. Bunun bir üsulu müxtəlif ədviyyatlardan istifadətə keçmək və yemək payını duzlamamaqdır.
Duz əvəzinə limon, sirkə, sumax, şüyüd istifadə etmək olar.
Eləcə də daha az natrium tərkibli duzlar var.
Çox duz yediyinizin 5 əlaməti:
- Şişkin, ödemli üz
- Susuzluq hissi
- Şişkin bədən
- Dadın pozulması
- Baş ağrısı
- Böyrəklərdə problem