Hava şəraiti ilə bağlı SON DƏQİQƏ məlumatı
    • 10-01-2024, 18:27
    • 224

Hava şəraiti ilə bağlı SON DƏQİQƏ məlumatı

Yanvarın 10-u saat 18:00-a olan məlumata əsasən, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar, Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış yağır.

Şəki, Quba, Oğuz, Xaltan, Daşkəsən, Lerik, Göygöl, Qax, Hacıqabul, Şamaxıda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.