Əsgərlikdən yayınmaq üçün bu üsulu seçdi – Həbs olundu
    • Bu gün, 09:53
    • 296

Əsgərlikdən yayınmaq üçün bu üsulu seçdi – Həbs olundu

Cənubi Koreyanın paytaxtı Seulda kökələrək hərbi xidmətdən bilərəkdən yayınmağa çalışan şəxsə həbs cəzası verilib. Məhkəmə həmçinin bir nəfərə həmin şəxsə yardım etdiyi üçün 6 ay həbs qərarı çıxarıb.

News24.az xəbər verir ki, “The Korea Herald” nəşrinin məlumatına görə, Dongbu rayon məhkəməsi adı açıqlanmayan 26 yaşlı gəncin hərbi xidmət haqqında qanunu pozması barədə qərar qəbul edib.

Məhkəmə sözügedən şəxsin hərbi xidmətə yararlılığı ilə bağlı imtahandan əvvəl gündəlik istehlak etdiyi yemək və suyun miqdarını qəsdən artırdığına qərar verib və həmin şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin şəxsin kökəlmək üçün “müəyyən planlar təklif edərək onu həvəsləndirən dostu”nun hazırladığı pəhrizə əməl etdiyini bildirən məhkəmə bu şəxsi cinayətə yardım etmək ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə 6 ay həbs cəzasına məhkum edib.

Məhkəmə "yüngül" cəzanın təqsirləndirilən şəxsin və onun dostunun əvvəllər heç bir cinayət törətmədiyi və təqsirləndirilən şəxsin onun səhvini qəbul etdiyi üçün verildiyini bildirib.

Cənubi Koreyada heç bir fiziki problemi olmayan kişilərin ən azı 18 ay məcburi hərbi xidmət keçməsi tələb olunur.

Aynurə