Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında yer alır
    • 10-01-2024, 21:29
    • 219

Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında yer alır

"Global Fire Power" 2024-cü il üzrə dünyanın ən güclü orduya malik ölkələrinin reytinqini açıqlayıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan siyahıda 59-cu yer tutub.

Qeyd edək ki, siyahıda birinci yeri ABŞ tutur. İlk onluğa daxil olan digər ölkələr isə müvafiq olaraq Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliyadır.

Fransa ordusu ilk onluğa daxil ola bilməyib və 11-ci yer tutub. Ermənistan isə 145 ölkə arasında 102-ci yerdədir. Siyahıya əsasən, dünyada ən zəif orduya malik ölkə Butandır.