Sürət həddini aşan NAZİR sürücülük hüququndan məhrum edildi
    • 10-01-2024, 22:33
    • 549

Sürət həddini aşan NAZİR sürücülük hüququndan məhrum edildi

Avstriya Maliyyə Nazirliyinin rəhbəri Maqnus Brunner sürət həddini aşdığı üçün dörd həftəlik sürücülük vəsiqəsindən məhrum edilib. 

News24.az Lent.az-a istinadla bildirir ki, nazir avtomobili saatda 130 kilometrdən çox sürətlə idarə edib. Həmin yolda isə sürət həddi saatda 80 kilometrdir. 

Qeyd olunur ki, nazirliyin rəhbəri şəxsi görüşə BMW 7 markalı xidməti avtomobillə gedirmiş. Yol polisi Brunneri Reyn Vadisi avtomobil yolundakı (A14) Dornbirn-Zyud qovşağında saxladıb.

Maliyyə Nazirliyi qurum rəhbərinin “baş verən hadisədən təəssüfləndiyini” bildirib.