İki güləşçimiz bürünc medal qazandı
    • 10-01-2024, 23:39
    • 308

İki güləşçimiz bürünc medal qazandı

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin iki üzvü bürünc medal qazanıb.

News24.az xəbər verir ki, yarışın ilk günündə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə Puerto-Riko təmsilçisi Jozef Silvaya 4:2 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Eyni çəkidə Nürəddin Novruzov israilli Daniel Popovu 7:3 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

Millinin bu gün çıxış edən digər üzvləri Cəbrayıl Qadjiyev (74 kiloqram) və Arseni Djioyev (86 kiloqram) isə etimadı doğrulda bilməyiblər.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək “Zaqreb Open” turnirində Azərbaycan ümumilikdə 26 güləşçi ilə təmsil olunur.