Bakıda avtomobil piyadanı vuraraq öldürüb
    • 13-03-2023, 19:18
    • 239

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

News24.az-ın xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Zığ-Hövsan avtomobil yolunda piyada Qasımova Mehriban Yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.