Gədəbəydə 48 yaşlı qadını avtomobil vuraraq öldürüb
    • 11-12-2023, 10:08
    • 163

Gədəbəydə 48 yaşlı qadını avtomobil vuraraq öldürüb

Gədəbəydə 48 yaşlı qadını avtomobil vuraraq öldürüb.

News24.az xəbər verir ki, Söyüdlü kənd sakini, 1980-cı il təvəllüdlü Rasim Abdullayev Şəmkir-Gədəbəy avtomobil yolunda idarə etdiyi "VAZ 21 07" markalı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Aytən Məmmədovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.