-
- 11-01-2024, 09:41
- 205
Baydenin oğlundan hörmətsizlik
Amerika prezidenti Cozef Baydenin oğlu Hanter, ABŞ qanunverici orqanına hörmətsizlik ittihamı ilə işinə baxan Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin iclasına elan edilmədən gəlib, lakin ona sual ünvanlanan kimi tələsik iclası tərk edib.
News24.az lent-a istinadla xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Respublikaçı Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Qrin Hanter Baydenə sual verməyə çalışsa da, ABŞ prezidentinin oğlu dərhal otağı tərk edib:
"Düşünürəm ki, bu gün bu dinləmələri izləyən hər kəs üçün aydındır ki, Hanter Bayden güclü mühafizəkar respublikaçı qadınlardan qorxur, çünki onunla danışmaq istəyəndə o, məni belə dinləyə bilmirdi. Nə qorxaqdır!" -Marcori Teylor-Qrin bildirib.
Yanvarın 10-da Nümayəndələr Palatasının müvafiq komitələri ABŞ prezidenti Cozef Baydenin oğlunu Konqresə hörmətsizlikdə ittiham edib-etməmək məsələsini nəzərdən keçirir. Buna səbəb Hanter Baydenin 2023-cü ilin dekabrında dövlət başçısının impiçmenti işində ifadə vermək üçün çağırıldığı Konqresdəki dinləmələrdə iştirakdan imtina etməsi olub.
Ədliyyə Departamentinə Hanter Baydenin mühakimə olunmasının tövsiyə edilib-edilməməsi ilə bağlı yekun qərar Nümayəndələr Palatasının tam üzvlərinin səsverməsi ilə verilə bilər. Palatada isə Respublikaçılar çoxluğa malikdir.