-
- 11-01-2024, 21:32
- 185
Vaşinqtondan mühüm sülh açıqlaması: "inanırıq ki, sülhün bərqərar olması regionda..."
“Biz Ermənistanla Azərbaycan arasında sülhün və münasibətlərin normallaşmasının tərəfdarıyıq”.
News24.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayen xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.
“Biz sülh sazişini, tərəflər arasında sabit və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Hər iki ölkənin sağlam sülh gündəminə malik olması bizi ruhlandırır”, - amerikalı diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ həm Ermənistan, həm də Azərbaycanla siyasi, iqtisadi və təhlükəsizlik sahəsində yaxşı münasibətlərə malikdir.
“Biz inanırıq ki, tərəflər arasında sülhün bərqərar olması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq”.
O'Brayn sülhün region xalqlarına fayda verəcəyini də vurğulayıb.
Ayşən