"Yaxın zamanda şahid olacağıq ki, Azərbaycanla Ermənistan..." - O-Brayn
    • 15-12-2023, 11:36
    • 287

"Yaxın zamanda şahid olacağıq ki, Azərbaycanla Ermənistan..." - O-Brayn

“Ümid edirik ki, çox yaxında tərəflərin sülh razılaşması əldə etdiklərinin şahidi olacağıq”.

News24.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn  "Amerikanın səsi"nə müsahibəsində deyib.

O-Brayn Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinə və tərəflər arasında əsirlərin mübadiləsinə toxunub. 

“Düşünürəm ki, həqiqətən də vacib olan iki ölkənin bir-biri ilə danışması və praktiki razılaşmalar əldə etməsidir. Onlar ötən həftə məhbusların azad olunduğunu elan ediblər və indi, məhz bu həftə məhbuslar artıq evdədirlər. Onlar birgə bəyanat yayaraq, bir-birlərini bir çox cəhətdən dəstəklədiklərini, o cümlədən beynəlxalq istəklərini, nümayiş etdirdilər. Ümid edirik ki, bu, hər iki ölkə üçün faydalı olacaq. Bu cür dəstəyin göstərilməsi normal ikitərəfli münasibətlərin qurulması istiqamətində mühüm addımdır”,- o deyib.

Onun sözlərinə görə, sülhün mümkün qədər tez bağlanması çox böyük fayda gətirəcək.

“Biz, eləcə də Avropa İttifaqı tərəfdaşlarımız və digərləri kömək etməyə hazırıq. Biz istərdik ki, bütün bunlar tezliklə sona çatsın, çünki sülhün mümkün qədər tez bağlanması çox böyük fayda gətirəcək”.

Ayşən